29 Oktyabr 2025 / 10:10

Deputat bu dəfə seçiciləri ilə Bakıda görüşdü: Onların problemləri isə…

Növbəti görüşümüz Bakı şəhərində qəbul üçün müraciət edən sakinlərimiz ilə oldu. Görüş zamanı vətəndaşımızın qayğılarını dinlədik və bəzi müraciətlərlə bağlı qərarlar qəbul etdik.
Tezadlar.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında bildirib.
O, seçicilərinin  müraciət etmə səbəblərini açıqlayıb:
“Müraciətlər mənzil təminatı, sahibkarlıq, pensiya təyinatı, əlillik dərəcəsinin alınması, işə bərpa olunma, biznes fəaliyyəti, kredit borcu, sosial təminat və digər mövzuda idi. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərəcəyik.
Növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər”, – deyə o qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!