Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Məlahət İbrahimqızı dövlət qurumlarında işçilərin ixtisarından söz açıb.
TEZADLAR.AZ xəbər verir ki, deputat dövlət qurumlarındakı bəzi ixtisarların süni şəkildə baş verdiyini söyləyib.
Məlahət İbrahimqızı 65 yaşı olan müəllimlərin və həkimlərin avtomatik işdən çıxarılmasına da etiraz edib.
“Avropa təcrübəsində həkimləri 70 yaşa qədər işdə saxlayırlar. Bizdə 65 yaşı tamam olanı işdən çıxarırlar. Yaxşı, həkim 65 yaşdan sonra harada işləsin? O, aldığı 320 manat pensiya ilə necə yaşasın? Yaxşı olar ki, pensiyaya çıxan müəllimlər və tibb işçiləri ehtiyac olan bölgələrdə işlə təmin olunsunlar”.
oxuaz