1 Sentyabr 2025 / 09:42

Deputatlarımız istirahətdən qayıtdı- İL BOYU SUSAN DEPUTATLAR DA VAR

Milli Məclisin deputatları bu gün məzuniyyətdən qayıdıb iş başında olmalıdırlar. Tezadlar.az xatırladır ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə Milli Məclisin deputatları məzuniyyətdə sayılırlar. Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar. Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, Milli Məclis hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

XXX

Bəli, deputatlar bu gün iş başına qayıtdı. Daim qanunvericilik təşəbbüsləri ilə çıxış edən, yay məzuniyyətində seçicilərinin qayğıları ilə maraqlanan deputatlar da var, il boyu gözəgörünməz, üzəçıxmaz deputatlar da… Dəfələrlədir seçicilərdən Ağdam 119 saylı Seçki Dairəsindən deputat vəsiqəsi daşıyan Bəxtiyar Əliyevə ünvanlı müraciətlər alırıq. Ağdamın Ergi qəsəbəsindən edilən şikayət və müraciət isə qandondurandır. Seçicilər müraciətlərində yazırlar ki, dəfələrlədir Bəxtiyar Əliyevə 32 ildir dağıdılmış halda olan Ergi qəsəbəsinin 6-7 km- lik yolunun təmirinə təşəbbüs göstərməsini xahiş etsələr də, B.Əliyevdən səs çıxmır.

Biz də təəssüflənərək B.Əliyevin yadına bir il əvvəl seçicilərinə verdiyi vədini salırıq…

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!