12 Dekabr 2024 / 09:59

DİN-İN ƏMƏKDAŞLARI ULU ÖNDƏRİN MƏZARINI ZİYARƏT EDİBLƏR

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə nazirliyin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.

Bu barədə Tezadlar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin əməkdaşları Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla anıblar.

R.XUDATQIZI

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!