“Din xadimləri dövlətin işinə qarışmamalıdır. Heç xalqın da işinə qarışmamalıdır. Çünki qarışdıqları halların acı nəticələri ilə tarix səhifələri doludur”.
Tezadlar.az xəbər verir ki, bunu
ilahiyyatçı, yazar, MCP-nin sədr müavini Tural İrfan bildirib.
“Bunun ən müasir nümunəsi mollaların hakimiyyət başında olduğu İran rejimidir. 2 günə 60 min adamın qanını töküblər. Bu azmış kimi dini, Allahı, inancı da cinayətkar əməllərinə alət, qalxan edirlər. Ermənistan müdafiə naziri Suren Papikyanın əmri ilə Silahlı Qüvvələrdə Ruhani xidməti artıq ləğv edilib. Ermənistan Silahlı Qüvvələrində Ruhani xidməti 20 ildən çoxdur fəaliyyət göstərirdi.
Son vaxtlar Ermənistanda hökumətlə kilsə arasında münasibətlər gərginləşib. Paşinyan hökuməti kilsənin səlahiyyətlərinin məhdudlaşdırmaq istiqamətində bəzi addımlar atır. Erməni kilsəsinin ideoloji xətti türk və müsəlman düşmənçiliyi üzərində qurulub, keşişlər daima xarici kəşfiyyatlara agentlik ediblər. Əsas da Rusiyaya. Baş nazir Paşinyan bunu gözəl bildiyi üçün sistemi dəyişmək istəyir. Çünki hazırki ruhani sistemi ilə sülhdən danışmaq olsa da sülhü tam təmin etmək olmaz. Xalqımıza qarşı törədilmiş bir çox soyqırımı aktlarının ideya müəllifi məhz erməni Kilsəsidir. Kilsəni siyasətdən, xarici təsirlərdən azad edə bilsələr normal fəaliyyət sayəsində dini yöndə də əlaqələr qurula, tolerant şərait təmin oluna bilər. Erməni keşişləri indən belə Rusiyaya yox, Allaha qulluq etməli olacaqlar”, – deyə o, qeyd edib.