Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisi və ölkənin müxtəlif regionlarında genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat nəticəsində narkotik cinayətlərdə ittiham olunan 18 nəfər saxlanılıb. Tezadlar.az nazirliyin saytına istinadla xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, saxlanılan şəxslərdən bir qismi narkotik vasitələrin qanunsuz satışı, digərləri isə bu maddələrin qanunsuz əldə olunması və saxlanması ilə ittiham olunurlar. İstintaqın gedişində toplanan sübutlar narkotik vasitələrin satışında təqsirləndirilən şəxslərin sistemli şəkildə bu fəaliyyətlə məşğul olduqlarını ortaya çıxarıb. Onlar narkotik maddələri müxtəlif yerlərdə gizlədərək alıcılara yer barədə məlumat ötürüb, həmçinin birbaşa əlbəəl ötürmə və digər üsullarla satış həyata keçiriblər. Polis əməkdaşları məhkəmə qərarına əsasən bir neçə dəfə kontrol edilən narkotik alışı təşkil edib və bu proseslərin audio-video qeydləri aparılıb.
Saxlanılan şəxslərin üzərində və yaşayış yerlərində aparılan axtarışlar zamanı müxtəlif növ narkotik vasitələr aşkarlanaraq sübut kimi götürülüb. Eyni zamanda, narkotik maddələrin qablaşdırılması üçün istifadə olunan materiallar və qanunsuz satışdan əldə olunduğu ehtimal edilən pul vəsaiti də müsadirə olunub.
Qeyd olunan cinayətlərlə bağlı qanunvericilik 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.