Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Oktyabr 2025 / 11:22

“Diplomatik korpusun Cəbrayıl və Zəngilana səfəri zamanı əsas diqqət…”

“Biz diplomatik korpusun üzvləri ilə birlikdə Prezident İlham Əliyevin izi ilə Cəbrayıl və Zəngilan rayonlarına səfər edirik. Səfərimizin ilk dayanacağı Horovlu kəndidir”. Tezadlar.az  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında bildirib. Sitat: “Ziyarət ərzində əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə, eləcə də bölgədə həyata keçirilən dəmir yolu və avtomobil yolu layihələrinə yönələcək. 2020-ci il Vətən müharibəsindən bəri bu, diplomat korpusla birlikdə azad olunmuş ərazilərə bizim 20-ci səfərimizdir”, – o deyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!