18 İyul 2025 / 11:59

DİQQƏT: Günəşə baxmaq olarmı?

Günəş – göydəki ən parlaq obyektdir. Ancaq gözlərimiz üçün o, gizli təhlükə daşıyır. Sadəcə bir neçə saniyəlik birbaşa baxış belə gözün içindəki torlu qişaya (retina) zərər verə bilər. Bu zərər “günəş retinopatiyası” adlanır. Günəşin yayımladığı ultrabənövşəyi (UV) şüalar gözə daxil olaraq retina hüceyrələrini yandırır. Zədə çox vaxt ağrısız baş verir, amma nəticəsi ciddidir – bulanıq görmə, qaraltılar, hətta daimi görmə itkisi.

Ən təhlükəli an isə – Günəş tutulmasıdır. İşıq zəiflədiyi üçün insanlar rahatca baxdıqlarını düşünürlər, amma göz hələ də UV şüalara məruz qalır. Adi gün eynəkləri və ya şüşələr isə bu şüaları saxlamır. 
Unutmayın: Günəşə baxmaq istəyirsinizsə, yalnız xüsusi qoruyucu eynəklərlə və ya sertifikatlı filtrlərlə baxın.
Günəşə baxmaq elmi cəlbedicidir, amma gözünüzü qorumağı unutmayın.

Nazim

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!