Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 May 2025 / 18:35

Donald Tusk Niderlandda siqnal raketləri ilə hücuma məruz qaldı

Polşanın Baş naziri Donald Tusk Niderlandda siqnal raketləri ilə atəşə tutulub.

“Tezadlar.az”-ın xəbərinə görə, bu barədə “Polsat News” telekanalı məlumat verib.

Məlumata görə, dəhşətli hadisə Niderlandın alman işğalından azad edilməsinin 80-ci ildönümü münasibətilə keçirilən mərasim zamanı baş verib.

Niderland torpaqlarında nasistlərə qarşı vuruşan polşalı əsgərlərin xatirəsini anma tədbirinə dəvət olunan Donald Tusk naməlum şəxsin hücumuna məruz qalıb.

Tusk digər yüksəkrütbəli qonaqlar arasında səhnədə dayanarkən onun istiqamətinə siqnal raketləri atılıb.

Mühafizəçilərin ildırım sürətli reaksiyası sayəsində baş nazir dərhal cangüdənlər tərəfindən mühasirəyə alınıb və təhlükəsiz yerə aparılıb.

Hücum edən şəxs dərhal yerə yıxdırılıb və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən bir neçə saniyə sonra mərasim normal rejimdə davam edib.

Cinayətkarın motivləri hələlik naməlum olaraq qalır.

https://t.me/aznovost/123054

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!