Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
22 İyun 2024 / 08:13

DOSTU İLƏ MÜBAHİSƏ ETDİ VƏ TÜFƏNGLƏ ONUN ÜZÜNƏ ATƏŞ AÇDI

Leninqrad vilayətinin Kinqisepp şəhərində bir nəfər dostu ilə mübahisə edib və ov tüfəngi ilə onun üzünə atəş açıb.

Tezadlar.az-ın REN TV-yə istinadən məlumatına görə, hadisə 2022-ci il martın 20-də Krasnoqvardeyskaya küçəsindəki qarajların yaxınlığında baş verib.

Qeyd edilir ki, 33 yaşlı sakinlə 32 yaşlı dostu arasında spirtli içki qəbul edərkən mübahisə yaranıb.

Zərərçəkmiş üz nahiyəsində xəsarət, sınıq və əzilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onun cinayətkarı daha sonra ədalətdən qaçıb.

Hadisə ilə bağlı cinayət işi açılıb. Yalnız 21 iyun 2024-cü ildə hücum edən şəxs saxlanılıb. Məlum olub ki, atəş açan şəxs əvvəllər məhkum olunub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!