Dövlət qulluğunda sabit maaş sistemi tətbiq olunacaq… Əmək qanunvericiliyi üzrə tanınmış ekspert Sahib Məmmədov bu barədə deyir: “…Hazırda qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanuna əsasən “Dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir”. Qanuna edilən dəyişiklik qüvvəyə mindikdən sonra müxtəlif əlavələr formasında ödənilən hissələr vəzifə maaşının tərkibinə daxil edilməklə, əməkhaqqının vahid strukturu müəyyən ediləcəkdir. Məqsəd əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin etmək və dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaratmaqdır. Qənaətimə görə yeni sistem dövlət qulluqçularının maraqlarına cavab verir, həm də mümkün sui-istifadələrin qarşısını alacaqdır…”.
Doğrudanmı bu qanun o biriləri kimi olmayacaq və işlək olacaq? Təbii ki, bu asılıdır qanunun icrasına nəzarət edən məmurlardan. Necə deyərlər, baxrıq, yaşayarıq və görərik…
A.Məmmədli