6 Aprel 2026 / 13:40

DÖYÜLMƏYİN FAYDASI…-POLKOVNİK YAZIR

…Camalı toyda döymüşdülər. Özüdə elə-belə yox. Ayaq silməkdən sapları çıxmış həyət palazı kimi çırpmışdılar Camalı. Elə müğənnilik etdiyi birinci toyun birinci mahnısında. Baş-göz, ağız-burun bir-birinə qarışmışdı. Dəfin də cırıb keçirmişdilər başına. Evdə atasıda döymək istəyəndə, ahıl nənəsi qoymamışdı: Geri çəkil! Sən 11 il urusiyatda veyillənəndə, onu gözümün ağı-qarası ilə böyütmüşəm!
İndi Camal qollarını dimdiklənmiş göyərçin kimi açıb uzanmışdı yerdə. Nənə onun canındakı təpik, dümsük göyərmələrini nöyütlü əski ilə silib onu döyənlərə müğamat üstündə qarqış tökürdü: sizi görüm kəlləniz üstə gələsiniz. Camal sızıldayaraq kamança ilə fikrində müşayət edirdi ağzını açıb əllərini göyə qaldırmış nənəni.
Camal uşaqlıqdan xəyalpərəst idi.
Biri təzə paltar geyəndə, özünü o paltarın içində xəyal edirdi. Şəhərdən biri maşınla gələndə – özünü xəyal edirdi sükan arxasında. Hətta bir gözəl qız görəndə, özünü onun nişanlısı təsəvvür edidi. Müğənnilik erası başlayanda televizora baxaraq ən çox özünü Ədalət Şükürov, Manaf Ağayev görürdü. Qonşu 104 yaşlı Səlim kişinin yubileyində ,,Kəpənək” mahnısını oxuyandan sonra millət məzələnərək əməlli başlı Camalı reklam edmişdi. Nəhayət birinci toy. Siftəsi lap əvvəldən ,,ne to” alındı: xoşdəxtlərin qarşısını kəsib, gəlindən gözünü çəkmədən ,,ay qız keçmə bizim məhlədən, hamı baxıb sənə heyran olur” oxuyub gözlərini süzdü. Elə bu məqamda gəlinin 14 yaşında 1-ci sinifə gedən qardaşı (uşaq 7 il yaddan çıxıb qalıbmış evdə) hoppanıb bir şillə çəkdi Camalın məst sifətinə. Sonrada qeyrətə gəlmiş toy cavanları onu xeyli amansızcasına didişdirdilər.
… İndi nənə qarqış arası Camala təsəlli verirdi:
– Ay bala, bütün mal-pul, şöhrət döyülməkdən gəlir. Toyda kimləri döyməyiblər. İndi hamısı mal-mülk sahibidir. Səbirli ol, imkan ver səni əməlli- başlı döysünlər. Lap bajarsan get urusiyat toylarında döysünlər.
İndi Camal rus mahnıları öyrənirdi: “Million alıx roz, kalinka-malinka…”.

Zahid Teymurov,

ehtiyatda olan polkovnik 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!