Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bəli, dünyanın hər yerindı sahibkarların qiymətləri istədiyi kimi artırmasl faktı var, lakin yerli hüquq mühafizə orqanları da buna laqeyd deyil.
Budur, Gürcüstanda inanılmaz hak baş verib: Dövlət Təhlükəsizliyi Xidməti (DTX) müxtəlif şirkətlərdə aparılan araşdırmaların qiymətlərin formalaşması prosesi ilə bağlı olduğunu açıqlayıb. Tezadlar.az xəbər verir ki, qurumun məlumatına görə, bu prosesi öyrənmək məqsədilə məhkəmə qərarları əsasında sənədlərin elektron versiyaları tələb olunur. DTX-da bildirilib ki, sözügedən istintaq çərçivəsində digər maliyyə məsələləri araşdırma predmetinə daxil deyil. “Cari mərhələdə istintaqın maraq dairəsi yalnız qiymətlərin formalaşması prosesidir. Bu məqsədlə sənədlərin elektron versiyaları məhkəmə qərarları əsasında əldə olunur. Digər maliyyə məsələləri ilə maraqlanmırıq, çünki onlar davam edən istintaqın predmetini təşkil etmir”, – deyə DTX-dan bildirilib.
Məlumata görə, onlarla məhkəmə qərarı mövcuddur və növbəti istintaq tədbirlərinin həyata keçirilməsi məqsədilə müxtəlif şirkətlərdən sənədlər götürülür. DTX bu açıqlamanı mediada Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif supermarket şəbəkələrinə daxil olması ilə bağlı yayılan məlumatlara cavab olaraq verib. Xatırladaq ki, Baş nazir İrakli Kobaxidze 2025-ci il 24 dekabr tarixində Avropa ölkələri ilə Gürcüstandakı ərzaq qiymətləri arasında ciddi fərqin mövcud olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu fərq əsasən distribütor şirkətləri və marketlərin yüksək qiymət əlavələri ilə bağlıdır və məhsulun Gürcüstan sərhədindən satış rəfinədək olan qiymət artımı orta hesabla 86% təşkil edir.
24 dekabr 2025-ci il tarixində Dövlət Təhlükəsizliyi Xidməti ərzaq qiymətləri ilə bağlı məsələlərin araşdırılmasına başlandığını elan edib. 2026-cı il 5 yanvarda isə ərzaq qiymətləri ilə bağlı hökumət komissiyası yaradılıb. Yanvarın 20-də komissiyanın ilk iclası keçirilib və bildirilib ki, hökumət koordinasiya komissiyası ərzaq məhsulları, dərman vasitələri və yanacaq qiymətləri üzrə fəaliyyət göstərəcək. Qeyd olunub ki, komissiyanın işini təxminən aprelin sonuna qədər başa çatdırması gözlənilir.
Güman edirikş Azərbaycan DTX də oxşar yoxlamalara başlamaqda haqlı olardı. Axı necə ola bilər ki, bir il ərzində istehlak bazarlarımızda bu qədər bahalaşma baş versin!
A.Məmmədli