Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 İyul 2025 / 15:20

Dünya Şokalad Gününə həsr olunmuş sərgi nümayiş olunub – FOTOLAR

İyunun 7-də Beynəlxalq Qalereyada layihə rəhbəri Aygün Əzizovanın olduğu Dünya Şokalad Gününə həsr olunmuş sərgi təşkil olundu.

TEZADLAR.AZ  xəbər verir ki, sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi iştirakçılarını salamladı və  bu, tədbirin əhəmiyyətindən bəhs etdi:

“Hörmətli təşkilatçılar, dəyərli qonaqlar, əziz sənətsevərlər ve hörmətli iştirakçılar, bu gün burada toplaşaraq yalnız bir mükafatlandırma mərasiminə deyil, həm də yaradıcılığın, zəhmətin və ilhamın qələbəsinə şahidlik edirik. Onlayn formatda keçirilən bu beynəlxalq rəsm sərgisi Beynəlxalq Qalereya, World Art Club ve Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən Medina Art Qalereyasının ortaq layihəsi olaraq incəsənətin sərhəd tanımadığını bir daha sübut etdi.

Nailə Rüstəmovanın rəhbərlik etdiyi N.N Sweet şirkətinin tərəfdaşlığı isə Aygün Əzizovanın layihə rəhbəri olduğu bu sərgiyə şirin bir ruh qatdı – həm sözün əsl, həm də məcazi mənasında.

Bu gün burada yalnız incəsənətin deyil, həm də şokoladın möcüzəli dünyasının təntənəsin qeyd edirik. Ümumdünya Şokolad Gününə həsr olunmuş onlayn rəsm sərgimiz dadın ve yaradıcılığın ahəngini bir araya gətirərək unikal bir sənət bayramına çevrildi.

Xüsusilə bu platformada Azərbaycanlı rəssamlarımızın nümayiş etdirdiyi bacarıq, duyğu və fərdi bədii baxış bizə böyük qürur hissi yaşatdı. Onların əsərləri texnologiya vasitəsilə sərhədləri aşaraq, qitələr arasında sükut içində danışdı, hisslər ötürdü, qəlblərə toxundu.

Bugünkü mükafatlar sadəcə fiziki simvollar deyil, onlar sənətin əzm, orijinallıq və ruhun dərinliklərinə səyahət etdiyini tanımağın bir göstəricisidir. Hər biriniz yalnız özünüzü deyil, eyni zamanda Azərbaycan incəsənətini də beynəlxalq səviyyədə təmsil etdiniz.

Azərbaycanlı iştirakçılarımız sərgidə incə zövqləri, yaradıcı təxəyyülləri və rənglərlə oynama bacarıqları ilə fərqləndilər. Onların əsərlərində şokolad yalnız bir qida deyil, bir simvola, bir duyğuya və bir hekayəyə çevrildi.

Əziz rəssamlar, bu mükafatlar sizin yaradıcılıq cəsarətinizin və sənətə olan sevginizi rəmzidir. Siz bu sərgi vasitəsilə bizə göstərdiniz ki, şirinlik təkcə damaqda deyil, eyni zamanda fırçanın yaratdığı əsərdə də mümkündür.

Əziz rəssamlar, unutmayın: hər bir fırça zərbəniz bir dünyadır. Və bu dünya yalnız bu gün deyil, sabah da danışacaq, ilham verəcək, düşündürəcək. Sizlər bizə göstərdiniz incəsənət uzaqlıqları yaxın edir, dilləri susduraraq gözəlliklə ünsiyyət qurur. Sizi təbrik edir, uğurlarınızın davamını diləyirəm. Qoy sənətinizin yolu hər zaman işıqlı olsun!”, – deyə qeyd etdi.

Sərgidə Ağdam Heydər Əliyev Mərkəzinin rəsm dərnəyinin müəllimi Hüseynova Samirə tələbələri ilə, “Şəhanə” Tədris Mərkəzinin rəhbəri Şəhanə Paşayeva tələbələri ilə, rəssam Abbas Əliyev, rəssam Kifayət Nəzərova, rəssam Camalzadə Lalə, rəssam Rəhilə Məhərrəmova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə, rəssam Aygün Qürbətova iştirak edirdilər. İştirakçılar diplomla təltif olundular. N.N Sweet şirkəti tərəfindən hər bir iştirakçıya xüsusi şokoladlar hədiyyə olundu. Sonda xatirə şəkilləri çəkildi.

Qeyd edək ki, 7 iyulda qeyd edilən Ümumdünya Şokolad Günü şokoladın ilk dəfə 1550-ci ildə Avropaya gəlməsi münasibəti ilə keçirilir. Bu ləzzətli deserti sevənlərin sayı çoxdur. Belə ki, hər il dünyada 7 milyon ton şokolad istehlak olunur. Məhz şokolada olan sevgi də onun xüsusi bayram kimi  bütün dünyada qeyd edilməsinə səbəb olub.

 

AYGÜN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!