25 Avqust 2025 / 17:30

Dünyada ən çox uşaq atası olan zənci…

Şəkildə gördüyünüz şəxs 19-cu əsrdə daha çox Pata Seka ləqəbi ilə tanınan Roque Xose Florensiodur. Sosial media istifadəçisi Edik Həmidov yazır: “…O, Braziliyanın San Paulo əyalətində yaşayıb. Onun boyu təxminən 2,18 metr olub. Sahibləri ondan “damazlıq öküz” kimi istifadə etmək qərarına gəliblər. Yeni qullar dünyaya gətirmək üçün. Rəvayətə görə, onun 200-300 övladı olub. Quldarlıq ləğv edildikdən sonra torpaq sahəsi alıb, evlənib və daha doqquz uşaq atası olub. Deyirlər, 130 il yaşayıb, dəfn mərasiminə minlərlə insan gəlib. Yerli sakinlər iddia edirlər ki, şəhər sakinlərinin üçdə biri qədəri onun nəslindəndir…”.

Nəsli artıranda da belə artırasan…

Elçin

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!