15 May 2024 / 19:35

DÜNYANIN ACLIQDAN ƏN ÇOX ƏZİYYƏT ÇƏKƏN UŞAQLARI NİGERİYADADIR – 6 MİLYONADƏK…

 Nigeriyanın şimal-şərqində 5,9 milyon uşağın ciddi qida və qida çatışmazlığı böhranı ilə üzləşdiyi bildirilir ki, bu da dünyada ən yüksək rəqəmdir.

TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Nigeriyanın paytaxtı Abucada 2024-cü ilin Quru Mövsümündə Qida Təhlükəsizliyi və Qidalanma Böhran Planı proqramını təşkil edib.

  BMT-nin Nigeriya Humanitar Yardım və Rezident koordinatoru Mohamed Fall tədbirin açılışındakı çıxışında ölkənin şimal-şərqindəki Adamava, Borno və Yobe rayonlarının davam edən terror hadisələrindən mənfi təsirləndiyini bildirərək deyib: “Bu yerlərdə 5,9 milyon uşaq dünyanın ən yüksək rəqəmi olan ciddi qida çatışmazlığı böhranı ilə üzləşib, 5 yaşdan aşağı 700 min uşaq da aclıq təhlükəsilə qarşı-qarşıyadır.

Nigeriyadakı ərzaq və qida çatışmazlığı böhranının fəlakətə çevrilməsinin qarşısını almaq üçün builki layihəyə 2,8 milyon adamı əhatə edən 306 milyon dollar lazımdır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!