Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Dünyanın ən yaşlı kişisi kimi tanınan braziliyalı João Marinho Neto 113 yaşını qeyd edib.
“Təzadlar” xəbər verir ki, bu barədə Ginnesin rekordlar kitabının saytında məlumat verilib.
Neto ad gününü 5 oktyabrda ailəsi ilə birlikdə qeyd edib. Onun ad günü şərəfinə Ginnesin rekordlar kitabının nümayəndələri uzunömürlülüyünün sirrini xatırladıblar. Neto bir dəfə demişdi ki, uzun ömrün açarı ətrafında yaxşı insanların olmasıdır.
Qeyd edək ki, Neto 1912-ci ildə braziliyalı fermer ailəsində anadan olub. Onun altı övladı, 22 nəvəsi, 18 nəticəsi var. Neto 2024-cü ilin noyabrında britaniyalı Con Tinnisvud vəfat edəndə dünyanın ən yaşlı adamı elan edilib.