Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Oracle” proqram təminatının həmtəsisçisi Larri Ellison ilk dəfə olaraq dünyanın ən varlı adamları siyahısında sahibkar İlon Maskı keçərək birinci yeri tutub.
“Tezadlar” xəbər verir ki, bu haqda “Bloomberg” məlumat yayıb.
Agentliyin məlumatına görə, Ellison buna şirkətin birja kotirovkalarının demək olar ki, 40% artması sayəsində nail olub. “Bloomberg Billionaires Index”ə görə, “Oracle” həmtəsisçisinin sərvəti indeks hesablanandan bəri bir gündə maksimum 101 milyard dollar artaraq 393 milyard dollar qiymətləndirilir.
Öz növbəsində Maskın sərvəti isə 385 milyard dollardır.
Qeyd edək ki, “Oracle” 1977-ci ildə təsis edilib, baş ofisi Texas ştatının Ostin şəhərində yerləşir. Dünyanın ən böyük proqram təminatı istehsalçılarından biridir.