Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Düşənbədə yerli hakimiyyət skuter və samokatların 2030-cu ilə qədər qadağan edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Tacikistanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, qadağa elektriklə işləyən skuterlərə, samokatlara və digər şəxsi hərəkət vasitələrinin düzgün qeydiyyata alınmadığı təqdirdə yollarda və piyadaların gediş-gəlişi üçün nəzərdə tutulmuş yerlərdə istifadəsinə qoyulub.
Beləliklə, qadağa xüsusi ayrılmış ərazilər istisna olmaqla, bütün şəhərə şamil edilir.
Tədbir “elektrikli skuterlərdən və elektrik samokatlardan nizamsız istifadənin tənzimlənməsi, onların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayının azaldılması, nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələrin qarşısının alınması, bütün hərəkət iştirakçılarının hüquq və mənafelərinin qorunması məqsədilə” qəbul edilib.
Məhdudiyyət bu cür nəqliyyat vasitələrinin təhlükəsiz istismarı üçün lazımi infrastruktur yaradılana qədər qüvvədə qalacaq.
JASMİN