Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İcbari tibbi sığorta hesabına əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinə ictimai nəzarətin təşviqi məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən “e-Tabib” mobil tətbiqinə yeni funksionallıq əlavə olunub. Qurumdan tezadlar.az-a bildirilib ki, artıq istifadəçilər istifadə etdikləri tibbi xidmətlərin keyfiyyətini təqdim edilən məmmuniyyət sorğusunda iştirak etməklə qiymətləndirə biləcəklər.
Yeni bölmə vətəndaşlara müraciət etdikləri tibbi xidməti, həmin xidməti göstərən həkimi və tibb müəssisəsini qiymətləndirməyə imkan verir.
Sorğuda iştirak etmək üçün “e-Tabib” mobil tətbiqinin əsas səhifəsində yerləşən “Müraciətlərim” bölməsinə daxil olmaq, daha sonra tibbi xidməti seçərək “İTS məmnuniyyət sorğusu” keçidinə klikləmək kifayətdir.
Bununla yanaşı, tətbiqdə bir sıra digər yeniliklər də yaradılıb:
Yenilənmiş “e-Tabib” mobil tətbiqi tibb müəssisələri ilə vətəndaşlar arasında daha şəffaf və qarşılıqlı əlaqəli münasibətin qurulmasına töhfə verməklə yanaşı, göstərilən xidmətlərin monitorinqi və davamlı təkmilləşdirilməsi üçün də vacib alətə çevrilir.