16 Oktyabr 2025 / 21:37

Ədliyyə Nazirliyi: Bələdiyyələrin birləşməsi yekunlaşıb

Azərbaycanda bələdiyyələrin birləşmə prosesi ilə bağlı yaradılmış komissiyalar öz fəaliyyətlərini yekunlaşdırıb və birləşmə prosesi başa çatıb.

Bu barədə Tezadlar.az-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bununla əlaqədar müvafiq məlumatlar Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim edilib.

Xatırladaq ki, yanvarın 14-də Baş nazir Əli Əsədov bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli məqsədilə komissiyaların yaradılması barədə sərəncam imzalamışdı.

Ötən il noyabrın 25-də isə Prezident İlham Əliyev Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Qanunu təsdiqləmişdi.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!