13 Oktyabr 2025 / 13:16

Əhali təkcə1 ayda qazancının 3 milyard manata yaxınını ərzaq məhsullarına xərcləyib…

2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində 23 milyard 418,7 milyon manatlıq ərzaq məhsulları satılıb.

Tezadlar.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-sentyabr ayına nisbətən 3,7% çoxdur.

Bu ilin 9 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 50,4% faizi ərzaq məhsullarının alınmasına sərf olunub. Bu, ərzaq xərclərinin ümumi pərakəndə ticarətin yarısından çoxunu təşkil etdiyini göstərir.

Təkcə sentyabr ayı ərzində əhali 2 milyard 933,1 milyon manatlıq ərzaq məhsulları alıb

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!