18 Sentyabr 2025 / 21:25

Əhalinin keyfiyyətli ərzaqla təminatı yaxşılaşıb

Azərbaycan ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, yerli istehsal məhsullarının ixrac potensialının artırılması istiqamətində mühüm nailiyyətlər əldə edib.

“Təzadlar” xəbər verir ki, bunu “Sinhua” agentliyinə müsahibəsində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun sədr müavini Tamilla Əliyeva deyib.

“Bütün görülən işlər və əldə olunan uğurlar insanların həyat və sağlamlığının qorunmasına, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə, məhsullarımızın beynəlxalq ticarət imkanlarının bilavasitə genişləndirilməsinə xidmət edir”, – o bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!