Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Havaların soyuması ilə kəskin respirator xəstəliklərin mövsümi xarakter alaraq yayılması halları müşahidə olunur.
TEZADLAR.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyinin İcraçı direktoru (TƏBİB) Vüqar Qurbanov deyib.
“Hazırda havaların soyuq olması ilə bağlı təcili tibbi yardım və poliklinika xidmətlərinə müraciətlərdə kəskin artım yoxdur. Kəskin respirator xəstəliklərin mövsümi xarakter alaraq yayılması halları müşahidə olunur. Amma xəstəxanalarda doluluq faizi, tibb müəssisələrinə müraciət faizi normal səviyyədədir. Yəni bununla bağlı kəskin artım müşahidə olunmur”, – deyə o vurğulayıb.