Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gözlənildiyi kimi, bu dəfə Əkrəm İmamoğlu barəsində casusluq ittihamı ilə ibtidai istintaq başladılıb. Tezadlar.az CNN-Türk-ə istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğunun açıqlamasında Terror Cinayətlərinin İstintaq Bürosu tərəfindən aparılan istintaqın 4 iyulda casusluq ittihamı ilə həbs edilən Hüseyn Günün rəqəmsal materiallarına əsaslandığı bildirilir. Açıqlamada “bir çox xarici kəşfiyyat rəsmiləri ilə əlaqə saxladığı” deyilən Hüseyn Günün İmamoğlunun müşaviri Necati Özkana “təlimat verdiyini göstərən danışıqlar apardığı” qeyd olunub. Baş Prokurorluğun açıqlamasında jurnalist Merdan Yanardağın Hüseyn Günlə “casusluq fəaliyyəti ilə bağlı çoxsaylı əlaqələr və yazışmalarının olduğu” bildirilir. Həmçinin, Yanardağın “seçki prosesi üçün mətbuat bölməsini təşkil etdiyi, Hüseyn Gündən müavinət aldığı və 2019-cu ildə yerli seçkiləri manipulyasiya etmək üçün xarici kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyi və bununla da casusluq cinayəti törətdiyi” iddia edilib.
İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı digər istintaq işi üzrə iddia edilir ki, “İstanbul Senin” tətbiqi vasitəsilə “4,7 milyon insanın şəxsi məlumatlarının xarici ölkələrə ötürülməsi”, “İBB HANEM” tətbiqi vasitəsilə isə “11 milyon insanın seçki qutusu məlumatlarının emal edilərək proqram xaricinə ötürülməsi” həyata keçirilib.
İstintaq çərçivəsində 13 nəfər barəsində həbs qərarı verilib.