Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
20 Fevral 2025 / 10:30

Eks- Prezident müxalifət nümayəndələri ilə görüşündə nələri müzakirə edib?

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili müxalifət partiyalarının nümayəndələri ilə görüşüb. Tezadlar.az xəbər verir ki, görüş Salome Zurabişvilinin ofisində keçirilib. Görüşdən sonra “Milli Hərəkat”ın sədri Tina Bokuçava jurnalistlərə bildirib ki, toplantıda “Gürcü arzusu”nun Mixeil Saakaşvilinin hakimiyyəti dövrünü araşdırmaq üçün yaratdığı müvəqqəti istintaq komissiyasında heç bir müxalifət nümayəndəsinin iştirak etməyəcəyi barədə müzakirələr aparılıb. O, sözügedən komissiyanı “rus arzusunu” yerinə yetirən bir komissiya olduğunu bildirib. Qeyd edək ki, bu gün səhər saatlarında Salome Zurabişvili bir neçə xarici ölkənin diplomatları ilə də görüş keçirib. Görüşdən sonra mətbuata açıqlama verilməyib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!