Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 Yanvar 2026 / 19:31

Ekspert: Söküntülər daşınmaz əmlaka tələbatı yüksəldəcək

Sumqayıtda beş ünvanda 13 qəzalı binada söküntü işləri aparılacaq. Hazırda 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə qəzalı binaların mövcudluğu barədə məlumatlar var və layihəyə uyğun olaraq həmin ərazilərdə söküntü işlərinin həyata keçirilməsi planlaşdırılır.

Bəs aparılacaq söküntü işləri Sumqayıtda daşınmaz əmlak və kirayə qiymətlərinə necə təsir edəcək?

Tezadlar.az xəbər verir ki, əmlak məsələləri üzrə ekspert Vüqar Oruc bildirib ki, Sumqayıtda aparılan söküntülər kirayə bazarında aktivləşməyə və daşınmaz əmlak qiymətlərində artıma səbəb olacaq.

O, qeyd edib ki, söküntü nəticəsində həmin binalarda yaşayan sakinlər müvəqqəti olaraq yeni mənzilə köçürülür və kirayə üçün müraciət edirlər.

“Bu isə kirayə bazarında tələbatın artması deməkdir. Kirayə bazarına tələbat artdıqca daşınmaz əmlakın qiymətləri də yüksəlir”.

V.Oruc əlavə edib ki, söküntü aparılan ərazilərdə abadlıq işləri, parkların salınması, magistral yolun genişləndirilməsi və digər yenidənqurma işləri həyata keçirilirsə, vətəndaşlara kompensasiya verilir. u proses qısa müddətdə kirayə bazarının canlanmasına, uzun müddətdə isə daşınmaz əmlak bazarında qiymət artımına səbəb ola bilər. Sumqayıt ərazisində yerləşməsindən asılı olaraq, bir kvadratmetr üçün kompensasiya məbləğinin təqribən 2000-2500 manat civarında olması məqsədəuyğun hesab olunur. Kompensasiya alan sakinlər isə daşınmaz əmlak bazarına üz tutur və tələbatı daha da artırır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!