Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Bakıda tarixi binalar çoxdur… Bunların da ömrü tükənməz deyil, nə vaxtsa ömrünü başa vuracaq, amma hələ o vaxt tamam olmamış tariximizi və keçmişimizi bizə tanıdan tarixi binaları-abidələri yer üçündən silmək yolverilməzdir. Bildiyimiz qədər, Prezident İlham Əliyev neçə illər əvvəl Yasamal rayonunun “Sovetski” adlanan ərazisində baş vermiş oxşar hadisəyə görə Yasamal RİH başçısı İbrahim Məmmədovu sərt cəzalandırmışdı, onu vəzifəsindən çıxarmışdılar.
***
İndi başqa hadisə baş verir. Biz demirik ki, Bakının meri Eldar Əzizov cəzalandırılsın. Amma ona izah olunsun ki, gələcək nəslə keçmişimizdən yadigar qalmışlardan göz-qulaq olsun. Dağılmış tarixi bina həm də tariximizin dağıdılmasıdır!
Gəlirik mətləbə: tanınmış memar Elçin Əliyev ötən gün yeni salınacaq park barədə paylaşım edib. Deyib ki, “…əhalinin dövlətdən olan etimadı təkcə onun funksiyalarını necə yerinə yetirməsi ilə ölçülmür. Bu etimad həm də məmurların verdiyi vədlərə əməl etməsi ilə bağlıdır. 2010-cu ilin Yeni il ərəfəsində, dekabrın son həftəsində, Şəmsi Bədəlbəyli küçəsindəki bir neçə gözəl, tarixi binanın, o cümlədən fotolarda görünən 21 nömrəli binanın sökülməsi ilə bu etimadın necə kobud şəkildə pozulduğunun şahidi olduq. Bu gün isə – artıq 15 ildir ki, ideyaca, əxlaqca, insanlıqca deqradasiyaya uğramış bir yolda irəliləyən – yeni, qorxaq və xeyli xırdalanmış məmurlar bizə tabesində olan medialar vasitəsilə parkdan danışırlar. Guya həmin parkın mərkəzində tarixi binalar qorunaraq saxlanılacaq. Normal bir insanın necə əli qalxa bilər ki, belə bir gözəlliyi dağıtsın?”.
Tezadlar.az MTK-ların və ya hansısa obyekt sahiblərinin əli ilə dağıdılmış həmin tariximizi təqdim edir: