12 Sentyabr 2025 / 23:55

Eldar Tağızadə “Barselona” ilə yollarını ayırdı

Azərbaycanlı qolkiper Eldar Tağızadənin “Barselona”dakı karyerası uzun çəkməyib.

Tezadlar.az xəbər verir ki, 22 yaşlı qolkiper İspaniya klubundan ayrılıb.

Onun karyerasına hansı komandada davam edəcəyi hələ ki dəqiq deyil.

Tağızadə “Barselona”nın B komandasında məşqlərə başlamışdı, amma sonradan bu klubdan ayrılmaq qərarına gəlib.

Tağızadə hazırda klubsuzdur. “Neftçi”nin yetirməsi olan Eldar “Klermon” U-19, “Luqo”, “Tudelano” klublarında çıxış edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!