Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 İyun 2025 / 13:22

Elektrik enerjisi əhaliyi real qiymətdən dəfələrlə ucuz satılırmış – “Azərenerji” ASC-nin idarə rəisindən açıqlama

Hazırkı tariflər real qiymətdən 13 dəfəyə qədər aşağıdır.

TEZADLAR.AZ xəbər verir ki, bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi tərəfindən təşkil edilən “İstilik təchizatı haqqında” yeni qanun layihəsi ilə bağlı ictimai dinləmədə “Azərenerji” ASC-nin Texniki-istehsalat idarəsinin rəisi Vaqif Tağıyev deyib.

O, deputat Naqif Həmzəyevin ünvanladığı  “Azəristiliktəchizat” tariflərin artırılması yolu ilə, yoxsa daha innovativ yanaşma tətbiq edərək gəlirlə işləyən təşkilata çevrilməyi hədəfləyir?” sualını cavablandırıb.

Vaqif Tağıyev vurğulayıb ki, hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatıyla əlaqədar 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır: “Normativlərdə evlərin sahəsində də fərqlər var. “Xruşşovka”larla yeni tikililər arasında 3 dəfəyə qədər fərq var. Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Hazırkı tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir. Naqif Həmzəyev tariflərin artırılması barədə sual verib. Tarif metodologiyası reallığa uyğun tətbiq edilməlidir, real qiymət mexanizmi qanunda öz əksini tapmalıdır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!