22 Avqust 2025 / 15:23

Əliyev və Putin bir tədbirdə iştirak edəcəklər

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin avqustun 31-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında (ÇXR) Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edəcəklər.

Tezadlar.az bildirir ki, bu barədə Çinin xarici işlər naziri Liu Bin məlumat verib.

O bildirib ki, Çin sədri Si Cinpin tədbirdə iştirak edəcək dövlətlərin liderləri ilə görüşəcək. “Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak edəcək”, – çinli diplomat bildirib.

Onlardan əlavə, Binin qeyd edib ki, görüşdə Ermənistan və Hindistanın baş nazirləri Nikol Paşinyan və Narendra Modi, İran və Türkiyə prezidentləri Məsud Pezeşkian və Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!