29 Sentyabr 2025 / 21:25

Əməkdar artist Cabir İmanov rəqs etdikdən bir gün sonra vəfat etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor dünyasını dəyişib.

Tezadlar.az xəbər verir ki, aktyor ötən gün toy məclislərindən birində qonaq qismində iştirak edib. Onun toyda rəqs etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!