3 Fevral 2023 / 06:58

PREZİDENT İLHAM ƏLİYEV AZƏRBAYCANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏKİ ROLUNDAN DANIŞIB

“Biz bu gün artıq doqquzuncu dəfədir toplaşırıq. Nəzərdən keçirəcəyimiz məsələlər çoxdur – gördüyümüz işləri müzakirə edəcək və gələcək üçün addımlarımızı planlaşdıracağıq”. 

Tezadlar.az bildirir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci iclasından sonra xeyli dəyişikliklərin baş verdiyini vurğulayan Azərbaycan Prezidenti deyib: “Dünya dəyişib, enerji təhlükəsizliyi məsələləri hər ölkə üçün daha çox əhəmiyyət kəsb edir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!