1 Oktyabr 2025 / 20:45

Ər arvadını bıçaqladı: Gəncədə dəhşətli hadisə

Gəncədə ər arvadını bıçaqlayıb.

Tezadlar.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Şəhər sakini 38 yaşlı İ. Məmmədova başının kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qadına əri kəsici alətlə xəsarət yetirib. Hadisəyə qadının ərindən boşanmaq istəməsinin səbəb olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!