Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclası üçün Nyu-Yorka öz su təchizatı ilə gəlib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Tədbirdə bütün dünya liderlərinin qrafindən su içdiyi, lakin Ərdoğanın öz qabından istifadə etdiyi qeyd edilir.
“Başqa ölkələrin liderləri qrafindən su içəndə Ərdoğanın suyunun Türkiyədən xüsusi olaraq gətirildiyi diqqət çəkib”, – nəşr yazır.
Mənbə onu da bildirir ki, ekspertlər bu addımı “təhlükəsizlik və gigiyena tədbiri” kimi qiymətləndiriblər. Lakin onlardan bəziləri bu addımın dəqiq səbəbinin naməlum qaldığını bildirib.
“Əlbəttə, dəqiq motivlər açıqlanmayıb, lakin digər liderlərin də oxşar prosedurları var və onların məqsədi təkcə sui-qəsd qorxusu ilə bağlı deyil. Məsələn, genetik izlərin qalmaması üçün belə tədbirlər görülə bilər. Əgər türk məmurları istehlakdan sonra suyu şüşə ilə birlikdə məhv etmək üçün müsadirə edirsə, bu, açıq şəkildə hədəflərdən biridir”, – ekspert Nurettin Akçay bildirib.
E.ŞİRİNOV