Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
16 İyun 2025 / 15:31

Ərdoğan İsraillə İran arasında vasitəçilik edə bilər

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub. Tezadlar.az CNN- türk-ə istinadla  xəbər verir ki, danışıqlar zamanı İsrail ilə İran arasındakı münaqişə, regional və qlobal məsələlər müzakirə edilib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin vasitəçi ola biləcəyini vurğulayıb.

Məlumata görə, Prezident Ərdoğan danışıqda İsrail və İran arasındakı münaqişəli proseslə əlaqədar başqa dövlətlərin liderləri ilə danışıqlar apardığını, münaqişənin tezliklə sona çatması və nüvə danışıqlarına qayıdılması üçün rəsmi Ankaranın vasitəçi rol oynamağa hazır olduğunu bildirib.

O, regionda sülh və sabitliyin qorunmasına Türkiyənin verdiyi əhəmiyyəti də qeyd edib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!