Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT üzvlərini “Şimali Kipr Türk Respublikası”nı (ŞKTR) tanımağa və onun beynəlxalq təcridinə son qoymağa çağırıb.
“Aralıq dənizində konstruktiv əməkdaşlığa hazırıq. Eyni şeyi bu regiondakı qonşularımızdan da gözləyirik. Bu baxımdan, vurğulamaq istərdim ki, Şərqi Aralıq dənizində Türkiyə və ŞKTR-ni kənarda qoyan istənilən layihə uğursuzluğa məhkumdur. Beynəlxalq ictimaiyyət Kipr türklərinin yarım əsrdir yaşadıqları haqsız təcridə son qoymalıdır. Beynəlxalq ictimaiyyəti ŞKTR-ni tanımağa və onunla diplomatik, siyasi və iqtisadi əlaqələr qurmağa çağırıram”, – Tezadlar.az xəbər verir ki, Ərdoğan BMT Baş Assambleyasının Baş Müzakirələrində deyib.
O, həmçinin əlavə edib ki, “Türkiyə Kipr adasının qərbində hüquq və yurisdiksiyaya malikdir, Kipr türkləri isə ona bitişik kontinental şelf ərazilərində qanuni hüquqlara malikdir”. Ərdoğanın sözlərinə görə, Kipr məsələsinin həlli “dəfələrlə təklif edilən, lakin Rum tərəfinin barışmaz mövqeyinə görə uğursuzluğa düçar olan federal model üzərində qurula bilməz”.
E.ŞİRİNOV