Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniya Baş naziri Kir Starmer arasında telefon danışığı olub.
Tezadlar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, liderlər ikitərəfli, regional və qlobal məsələləri müzakirə ediblər.
Onlar həmçinin Qəzzadakı mövcud vəziyyət barədə danışıblar.
Ərdoğan Qəzzadakı humanitar problemlərin kritik həddə çatdığını qeyd edib.
O, Türkiyənin müntəzəm olaraq Qəzzaya humanitar yardım göndərdiyini və atəşkəs müzakirələrini dəsətklədiyini diqqətə çatdırıb.
Ərdoğan həmsöhbətini Fələstin Dövlətini tanımaqla bağlı açıqlamalarına görə təbrik edib.