Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Tezadlar.az xəbər verir ki, toplantıda bir sıra daxili və regional məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesində son dövrdə əldə olunan müsbət nailiyyətlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə edilib.
Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi, həmçinin inkişafın təmin olunmasına dair iradəsi bir daha vurğulanıb.
İclasda Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət dəyərləndirilib, gərgin hadisələr fonunda diplomatik həll yollarının əhəmiyyəti vurğulanıb, Türkiyənin davamlı və ədalətli sülhün təmin olunması üçün beynəlxalq tərəfdaşlarla birgə səylərini davam etdirəcəyi diqqət yetirilib.
Bununla yanaşı, iclasda “Terrorsuz Türkiyə” təşəbbüsü, Suriyada daxili vəziyyət, Qəzzada atəşkəs, Sudanda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.