Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
28 Yanvar 2026 / 18:16

Ərdoğan–Mirziyoyev görüşü: yeni mərhələ başlayır

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın 29-da Ankaraya rəsmi səfər edəcək.

Tezadlar.az xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Danışıqların mərkəzində Türkiyə və Özbəkistan arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsi olacaq. Bununla yanaşı, siyasi dialoqun inkişafına, ticarət dövriyyəsinin artırılmasına, iqtisadiyyatın prioritet sahələrində əməkdaşlıq layihələrinin irəlilədilməsinə və nəqliyyat əlaqələrinin gücləndirilməsinə xüsusi diqqət yetirilməsi planlaşdırılır.

Eyni zamanda, fəal mədəni-humanitar mübadilənin davam etdirilməsi məsələləri nəzərdən keçiriləcək. Tərəflər beynəlxalq və regional gündəliyin aktual aspektləri barədə fikir mübadiləsi aparacaqlar.

Ali səviyyəli danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketinin imzalanması nəzərdə tutulur. Bundan əlavə, iki ölkənin liderləri bir sıra humanitar xarakterli tədbirlərdə iştirak edəcəklər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!