Bir zamanlar ərəb dilindəş sonra fars, daha sonra rus dilində, təzəlikcə ingilis dilində yazıb- danışmağa başlamışıq. Azərbaycan dili bu dilləşmə yolunda nə hala düşür. Necə deyərlər, bu azlıqlar içində qərib günə düşən dilimizə indi də çin dili yapışdırmaq istəyirlər. Təhsilimizin naziri Emin Əmrullayev belə deyib. Araşdırmaçı Razi Nurullayev yerində yazıb: “Emin Nəsrullayev deyib ki, orta məktəblərdə çin dili tədris etmək istəyirik. Çinin əmək bazarından bixəbər adamlar niyə bizim balalarımızı kor edir axı?
Milyradlarla çinli indi ispan, flaman, ingilis, fransız dilini öyrənir. Azərbaycandan Çinə ali təhsil almağa gedən tələbələrə 4 il işləməyə qadağa var. Bilmirəm anlata bildimmi?Eyni təklif bizə də gəlmişdi. Yalvarırdılar. Bir tələbə ixtisası üzrə “part-tiime” işləyib staj toplayır. Çində buna qadağa var ay … xaricdə təhsil alan, çəmənlik setrifikatlı Cənab Nazir. Ayıbdı axı…”.
Bəli, iki ölkə arasında viza rejimi ləğv edildi… Bir azdan Bakı küçələrində ərəblərlə yanaşı çinliləri dəstə- dəstə görəndə, restoran və mağazalarımızın başı üstündə adlarını çin dilində görəndə təəccüblənməyin….
A.Məmmədli