Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2025 / 13:26

“Erkən nikah və onun uşaq hüquqlarina təsiri” mövzusunda seminar keçirilib

İyunun 4-də Siyəzən şəhər Gənclər Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, “Siyəzən Gənclər Evi” sosial xidmət müəssisəsi və Siyəzən Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Erkən nikah və onun uşaq hüquqlarına təsiri” mövzusunda maarifləndirici seminar keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Gündüz Səmədli, Gənclər və İdman Sektorunun müdiri vəzifəsini icra edən Vüsal Alışov, Siyəzən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aydan Ramazanzadə, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Günay Əsgərova, “Siyəzən Gənclər Evi”nin direktoru vəzifəsini icra edən Elşən Yaralıyev, Mədəniyyət Evinin direktoru Ziyada Dadaşova, “Cümə” məscidinin qadın dini ayin icraçısı Əzimə Müzəffərova, müəllimlər, valideynlər və məktəblilər iştirak ediblər.

Bildirilib ki, erkən nikahlar yalnız fərdi deyil, həm də ailə və cəmiyyət üçün mənfi nəticələr doğurur və hüquqi baxımdan məsuliyyət yaradır.

Qeyd olunub ki, erkən nikahların qarşısının alınması məqsədilə normativ-hüquqi aktların qəbul edilməsi, profilaktik tədbirlərin gücləndirilməsi və maarifləndirmə işlərinin davamlı aparılması vacibdir. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər həm erkən nikahların azalmasına, həm də uşaq hüquqlarının müdafiəsinə mühüm töhfə verir.

Tədbirin sonunda  mövzu ətrafında fikir mübadiləsi aparılıb.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!