21 Fevral 2024 / 12:50

ERMƏNİLƏR İRƏVANDA MAGİSTRAL YOLU BAĞLAYIB

Ermənistanın Qeqarkunik rayonunun sakinləri ölkə hüdudlarından kənarda qazanclarına vergi tətbiq edilməsinə etiraz edərək İrəvan-Martuni yolunu bağlayıblar.

Bu barədə Tezadlar.az yerli KİV-ə istinadən xəbər verir.

Etirazçılar başqa ölkələrə işləməyə gedənlər üçün 20 faizlik gəlir vergisinin tətbiqinə qarşı çıxıblar.

Aksiya iştirakçılarından biri bildirib ki, artıq qonaq işçilər büdcəyə 300-400 min dramın (750-dən 1 min dollara qədər) köçürülməsi zərurəti ilə bağlı bildirişlər alıblar.

“Biz fəaliyyət göstərdiyimiz ölkələrdə vergi ödəyirik. Burada bizdən də vergi almaq istəyirlər. Bu, heç bir küncə sığmır”, – etirazçılardan biri deyib.

Qeqarkunik vilayətinin qubernatoru Karen Sarkisyan etirazçılarla görüşə gəlib, lakin onlar hələ də yolu təmizləməyiblər.

Eyni zamanda, işləmək üçün xaricə, əsasən də Rusiyaya gedən əmək miqrantlarının əhəmiyyətli hissəsi Qeqarkunik bölgəsinin payına düşür.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!