Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


44 günlük müharibədən və 20 sentyabrdakı 24 saatlıq əməliyyatlardan hələ də lazımi nəticə çıxarmayan Ermənistanın siyasi- hərbi rəhbərliyi, deyəsən, daha bir 4 saatlıq əməliyyat arzusundadır…
Belə ki, dünən fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Azərbaycanın Müdafiə Nazirliyinin rəsmi məlumatı var. Bu artıq o deməkdir ki, Paşinyan hakimiyyətində “it yiyəsini tanımır”. Tanısaydı, bir tərəf sülhdən danışırsa, digər tərəf silaha əl atmazdı…
A.Məmmədli