6 Mart 2023 / 07:09

ERMƏNİLƏRİN MİNA QURBANI OLAN BAŞ LEYTENANT DƏFN EDİLDİ

Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.

Şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb. Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.

Allah rəhmət eləsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!