25 Oktyabr 2024 / 15:05

ERMƏNİ REVANŞİSTLƏR YENƏ YIĞIŞIB DELİMİTASİYA ƏLEYHİNƏ ÇIĞIR-BAĞIR SALIBLAR – BAŞÇILARI KEŞİŞ BAQRATLA…

 Bu gün İrəvanda etiraz aksiyası keçirilib. Nümayişçilər  Ermənistan prezidentinin iqamətgahı yaxınlığında toplaşıblar.

Onlar  Ermənistan prezidenti Vaaqn Xaçaturyanın bu gün dövlət delimitasiyası komissiyalarının işinin əsasnaməsini təsdiq etməsindən narazıdırlar.

 Aksiya iştirakçıları “Müqəddəs mübarizə” hərəkatının nümayəndələri Vaaqn Xaçaturyanın Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının işi haqqında Əsasnaməni imzalamasına etiraz edirlər.

 Mitinqdə hərəkatın lideri, keşiş Baqrat Qalstanyan da iştirak edir.

 Xatırladaq ki, bundan əvvəl Ermənistan Konstitusiya Məhkəməsi reqlamentin Konstitusiyaya uyğun olduğunu tanıyıb.

Avqustun 30-da imzalanmış sənəd çərşənbə günü Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!