Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Londonda keçirilən ikitərəfli strateji məsləhətləşmələrdən sonra Ermənistan və Böyük Britaniya arasında 2023-2024-cü illər üçün hərbi əməkdaşlıq proqramı imzalanıb.
Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə idarəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan britaniyalı həmkarlarına “Dünyanın kəsişməsi” layihəsini təqdim edib. Görüşdə respublikanın Böyük Britaniyadakı səfiri Varujan Nersesyan da iştirak edib. Məsləhətləşmələr zamanı ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
“Məsləhətləşmələr nəticəsində biz 2023-2024-cü illər üçün Ermənistan-Britaniya müdafiə əməkdaşlığı proqramı imzaladıq”, – mətbuat xidməti qeyd edib.
E.ŞİRİNOV