5 Fevral 2024 / 04:24

ERMƏNİSTAN MİNA TƏHLÜKƏLİ ÖLKƏ OLARAQ QALIR

Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğundan daha aktualdır.

Tezadlar.az  xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib. “Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur. Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib”, – paylaşımda qeyd edilir.

Bildirilir ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub.

Xatırladırıq ki, dünən daha bir gənc Tərtərdə minaya düşüb. 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!