Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 May 2024 / 15:15

ERMƏNİSTANDA BAŞ NAZİR POSTUNA YENİ NAMİZƏD İRƏLİ SÜRÜLÜB

“Vətən uğrunda Tavuş”hərəkatının İrəvanda keçirilən mitinqində iştirak edənlər Ermənistanın baş naziri postuna arxiyepiskop Baqrat Qalstanyanın namizədliyini irəli sürməyi xahiş ediblər.

Tezadlar.az bu barədə yerli mətbuata istinadən xəbər verir.

“Əlaqə saxladığımız insanların mütləq əksəriyyəti yekdilliklə bildirib ki, Baqrat Qalstanyanın baş nazirliyə namizəd olması lazımdır”, – təşkilatın liderlərindən biri Qurgen Melikyan bildirib.

Qalstanyan özü katolikos II Karekindən onu nazirlikdən uzaqlaşdırmağı xahiş edib, – o, ölkənin baş naziri postuna namizədliyini irəli sürmək niyyətindədir. O, mitinqdən sonra Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanla söhbət etmək niyyətindədir.

Bundan əvvəl Paşinyanın helikopteri Vanadzorda məcburi eniş edib. Helikopter şəhər stadionunun ərazisinə enib. Paşinyanın özü isə xəsarət almayıb. Onun sözlərinə görə, təcili eniş əlverişsiz hava şəraiti nəticəsində baş verib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!