10 Mart 2023 / 02:44

ERMƏNİSTANIN NÖVBƏTİ YALANI

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya martın 9-u saat 17:50 radələrində Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat həqiqəti əks etdirmir, tamamilə yalandır.

Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Nazirlik yayılan məlumatı qəti surətdə təkzib edir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!